Ordubad şəhər tam orta İnternat Məktəbində də “1 iyun –Uşaqları Beynəlxalq Müdafiə Günü” qeyd edilib. Tədbir Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Əli Vəliyev və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Əziz Hümbətov çıxış ediblər. Onlar muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan söhbət açıblar. Bayram münasibətilə təbrik olunan uşaqlara geyim dəstləri verilib.
Kəmalə Əliyeva