NUHÇIXAN xəbər verir ki, Ordubadda oğlanlardan ibarət ümumtəhsil məktəblərinin komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilib. Noyabrın 6-dan 8-dək keçirilən birincilikdə 14 komanda iştirak edib. 3 gün davam edən yarış maraqlı keçən mübarizələrlə yadda qalıb.
Yekun nəticələrə əsasən final oyununda Sabirkənd tam orta məktəbinin komandası Dırnıs kənd tam orta məktəbinin komandasına 2:1 hesabı ilə qalib gələrək I yerin qalibi olub. İkinci yerə Dırnıs kənd tam orta məktəbinin komandası, üçüncü yerə isə şəhər İnternat tam orta məktəbin komandası çıxıb. Sonda komandalar diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Bayraq Günü münasibətilə keçirilən yarışın təşkilatçıları Ordubad rayon Gənclər və İdman İdarəsi, Uşaq Gənclər İdman Məktəbi və Naxçıvan MR Voleybol Federasiyasının Ordubad rayon bölməsidir.