Ordubadın məşhur adamları

261
                  Xacə Ətiq Ordubadi
Ətiq Ordubadi dövürünün çox məşhur və görkəmli  şəxslərindən biri olub. O, səlis qələ sahib olan xəttat kimi tanınıb. Ətiq Ordubadi  Şah İsmayılın sarayında xidmət edərək münşilik vəzifəsini daşıyıb. Beş yüz ildir ki, onun yaratdığıTuğrayi-şahi yazı forması hər yerdə hələ də işlədilir. Xacə Ətiq dəftərxana  vəzifəsini tərk etdikdən sonra məscid və məqbərələr tikdirib. O, Məşhəd şəhərində İmam Rzanın məqbərəsini inşa etmiş, oranın bütün işlərinin idarəçiliyinə rəhbərlik etməklə bərabər və əsrlərdən bəri tanınmayan qəbrini çox gözəl şəkilə salaraq bütün müsəlman aləmindəməşhurlaşdırıb. İmam Rzanın məqbərə ətrafı tikililərinin  də müəllifi Ətiq Ordubadidir. Onun qızılı qapıları, üzərindəki yazılar, qızılı günbəzini də Ətiq Ordubadi  yaradıb. Məhz  bu cəhətlərə görə  də bu gün də  Məşhəd  əhalisi ona  rəhmət oxuyur və bu şəxsin vasitəsi ilə Ordubadı tanıyırlar. Bununla yanaşı Xacə Ətiqin dəfn olunduğu yerdə,  “Şahrux” mədrəsəsinin  yanında onun üçün yüksək bir məqbərə, türbə tikilib.
Fakt “Gülüstani hünər” kitabından götürülüb.
Nağı Ordubadi
Ordubadın orta əsrlərdə yaşayan görkəmli adamlarından biri də Nağı Ordubadlıdır. O görkəmli söz ustası olub, bir müddət Təbrizdə yaşayıb, ömrünün sonuna yaxın isə Hindistana gedib və oradada vəfat edib.
Nağı Ordubadi əsasən qəsidə şairi olub. Bu sahədə yazdığı ədəbiyyat nümunələri zamanında çox şöhrət qazanıb.  Onun əsərləri “Məcməül-Xəvas” kitabında toplanıb.
Toplayanı: Cabir Cabbarov,
 şərqşünas
“El həyatı” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: