Ordubadda YAP-ın 26-cı ildönümü qeyd olunub

146

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü  ilə əlaqədar Ordubad rayonunda tədbir  keçirilib.

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev bildirib ki, blokada şəraitində,  böyük çətinliklər  hesabına yaranmış Yeni Azərbaycan Partiyası hazırda ölkəmizin, o cümlədən  Naxçıvan Muxtar Respublikasının sürətli və davamlı inkişafının əsas təminatçısıdır. Bu gün sosial-iqtisadi inkişafın davamlı xarakter daşıması, milli dövlətçiliyin qorunması Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının   təməl prinsiplərindəndir.

Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası  Ordubad Rayon Təşkilatının  54 ərazi ilk təşkilatı  fəaliyyət göstərir və sıralarında 6 min 74 üzvü birləşdirir.

Tədbir çıxışlarla  davam edib.

                                                                  Cavid Səfərli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: