Ordubadda ümummilli lider anılıb

62

YAP Ordubad rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə təşkilatın sədri Qürbət Rzayev bildirib  ki, Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması məhz ulu öndər Heydər Əliyevin siyasətinin nəticəsidir. Buna görə də ümummilli lider Heydər Əliyev bir rəhbər kimi hələ sağlığında xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazanıb.

Vurğulanıb ki, bu gün ulu öndər Heydər Əliyevin yolunu onun siyasi məktəbinin yetirməsi Yeni Azərbaycan Partiyasının  sədri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev layiqincə davam etdirir. Qürbət Rzayev Ordubad rayonunda həyata keçirilən sosial-iqtisadi inkişafdan ətraflı bəhs edib. Digər çıxış edənlər də bildiriblər  ki, quruculuq işlərində  YAP üzvləri fəallıq göstərirlər. Bu gün Ordubad rayonu muxtar respublika iqtisadiyyatının inkişafında mühüm rol oynayır.

Sonda Ordubad rayon 2 nömrəli tam orta məktəbin şagirdləri ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirləri bədii qiraət ediblər.

Rəmzi İbrahimov

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: