Ordubad şəhər tam orta internat məktəbində tədbir keçirilib

115

NUHÇIXAN xəbər verir ki, “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı  münasibətilə Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin  Sosial Müdafiəsi, Mədəniyyət nazirliklərinin, Naxçıvan Muxtar  Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və  Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad şəhər Məhəmməd Füzuli adına tam orta internat məktəbində tədbir keçirilib.

Çay süfrəsi ətrafında keçirilən tədbirdə  Ordubad Rayon İcra Hakimiyyəti  başçısının müavini Fərqanə Hüseynli, Naxçıvan Muxtar Respublikası Ailə,  Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən  Məmmədova, Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini  Heyran Əhmədova, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev çıxış ediblər. Bildirilib  ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, milli  ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması, sağlamlıqlarının  qorunması daim diqqət mərkəzində saxlanılır.  Asudə vaxtlarının səmərəli  keçirilməsi məqsədi ilə tarix-memarlıq abidələrinə, muzeylərə, istirahət guşələrinə ekskursiyaları təşkil olunur. 

Sonra tədbirin təşkilatçıları uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulayıblar və  46 uşağa hədiyyələr verilib.
Tədbirin bədii hissəsində M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər nümayiş etdirilib, Ordubad Rayon  Mədəniyyət Sarayının “Dübəndi” instrumental ansamblının, Ordubad şəhər  Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: