Ordubad rayonunun sakinləri pulsuz müayinə olub

202

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim kollektivi növbəti tibbi aksiya üçün Ordubad rayon xəstəxanasında olub.

Həkim briqadası 77 nəfəri ambulator müayinələrdən keçiriblər. Müayinələrin aparılmasında cərrah, oftalmoloq, uroloq, ultrasəslə müayinə, terapevt, nevropatoloq və LOR həkimləri iştirak ediblər.

Müayinə olunanlar başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunduqlarına görə minnətdarlıq ediblər. Bütün bunları aztəminatlı ailələrə qayğı kimi dəyərləndiriblər.

Müraciət edənlərdən 32 nəfəri isə ətraflı müayinə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət ediliblər.

                                                                              Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: