Ordubad rayonunda yük və sərnişindaşıma artıb

165

Muxtar respublikanın coğrafi baxımdan yüksək dağlıq ərazisində yerləşən Ordubad rayonunda nəqliyyat infrastrukturu diqqət mərkəzində saxlanılır. Son illər yenilənən və müasir şərait yaradılan yolların rahatlığı yük və sərnişin daşımada problemləri tam həll edib. Ən ucqar kəndlərə qədər uzanan rahat və təhlükəsiz avtomobil yolları buradakı həyatı da canlandırıb. Artıq Nəsirvaz, Nürgüt, Ələhi, Xurs, Tivi, Parağa, Biləv, Pəzməri, Unus, Kələki, Məzrə, Üstüpü, Çənnəb və sairə dağ kəndlərinə hər gün tərtib edilmiş qrafikə uyğun olaraq marşrut xətləri işləyir.

Ordubad  Rayon Statistika İdarəsindən  verilən məlumata görə, ötən 2018-ci ildə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 1352,9 min ton yük, 8270,7 min sərnişin daşınıb. Yük və sərnişin daşınmasından bütövlükdə 4088,2 min manat gəlir əldə edilib ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,6 faiz çoxdur. 

Rayonda 26 maşrut üzrə 6 avtobus, 36 mikroavtobus və 23 ədəd taksi əhaliyə nümunəvi xidmət göstərib.

“El həyatı” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: