Ordubad rayonun Dəstə kəndində yeni meyvə bağı salınıb
NUHÇIXAN xəbər verir ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”çərçivəsində hər il Ordubad rayonunda meyvə bağlarının ərazisi genişləndirlir. Görülən işlərin davamı olaraq Ordubad-Naxçıvan magistral yolunun Dəstə kəndi ərazisində yeni meyvə bağı salınıb. 1 hektarlıq sahədə salınan bağda 100 kiloqram badam və ərik toxumları əkilib. Eyni zamanda 0,8 hektar sahədə 280 ərik tingi əkilib və onlara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, meyvə bağı salınan sahənin yaz iməcliklərində daha da genişləndirilməsi nəzərdə tutulub.
Cavid Səfərli