Ordubad rayon Mərkəzi Xəstəxanasında mülki müdafiə təlimi keçirilib

280

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Təbii fəlakətlər zamanı zərərçəkmiş əhalinin tibbi təminatının təşkili” mövzusunda təlim keçirilib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, keçirilən kompleks mülki müdafiə təlimində Ordubad rayon Mərkəzi Xəstəxanasının 15 nəfərdən ibarət yüksək hazırlıqlı travmatoloji, cərrahi və yanıq əleyhinə briqadaları, 33 nəfərdən ibarət obyekt mülki müdafiə dəstələri, 3 ədəd təcili tibbi yardım avtomobili, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 7 nəfərdən ibarət ixtisaslaşdırılmış qurumları, həmçinin Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin 10 nəfərdən ibarət təqlidetmə qrupu iştirak edib.

Təlimin əsas məqsədi Ordubad rayon Mərkəzi Xəstəxanasının fövqəladə hallara hazırlıq vəziyyətini yoxlamaq, rayon ərazisində ehtimal olunan fövqəladə hallar zamanı zədələnmə (zəhərlənmə) ocaqlarında həkiməqədərki və ixtisaslaşdırılmış ilkin  yardımın göstərilməsi üzrə tibb qüvvələrinə təcrübə qazandırmaqdan ibarət olub.

Təlim plana uyğun olaraq iki mərhələdə həyata keçirilib.

Birinci mərhələdə Ordubad rayon Mərkəzi Xəstəxanasının fövqəladə hallarda fəaliyyət planının reallığı, fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına cəlb olunan orqanların və tibb qüvvələrinin hazırlığı yoxlanılıb. İkinci mərhələdə birinci təlim yerində təbii fəlakət, nəqliyyat qəzaları və yaşayış binalarında yanğın-partlayışlar zamanı xəsarət alanlara həkiməqədərki yardımın və xəstəxana şəraitində ixtisaslaşdırılmış həkim yardımının göstərilməsi suallarına baxılıb.

 Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulan məqsədlərə əsasən nail olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: