Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb

167

Tanınmış kinorejissor, ssenarist, Xalq Artisti Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, İttifaqın katibi, Xalq Artisti, professor Oqtay Mirqasımov Azərbaycan kinosuna verdiyi töhfələrə və 75 illik yubileyi münasibətilə qurumun idarə heyətinin qərarına əsasən 2018-ci ilin “Milli Kino” mükafatına (mükafatı 2000 manat) layiq görülüb.

Mükafat yaxın günlərdə Xalq Artistinə təntənəli şəkildə təqdim ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: