NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatında 2018-ci ilin birinci yarısında görülən işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.
Müvəkkil Ülkər Bayramova çıxış edərək bildirib ki, muxtar respublika vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsinə yönələn tədbirlər 2018-ci ilin birinci yarısında da uğurla davam etdirilib. Bu dövrdə təşkilat fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi istiqamətində qurub. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulan tədbirlərin muxtar respublikada icrası təmin olunub. Belə ki, 2018-ci ilin birinci yarısında müxtəlif sosial qruplara ünvanlanan 39 tədbir keçirilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Yığıncağın sonunda beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında verilən tapşırıqlardan və qarşıda duran vəzifələrdən danışılıb.
Röyal Kərimov