Ölkə birinciliyində daha bir uğur

137

Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə karate-do üzrə “Bakı Open” beynəlxalq çempionatı keçirilib.

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində təşkil olunan çempionatda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 2 idmançısı da mübarizə aparıb. 16-17 yaş qrupunda tatami üzərinə çıxan Aslan İsmayılov uğurla çıxış edib. O, 76 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb. Digər idmançımız Vüsal Seyidov isə hakimlərin qərəzli qərarları ilə üzləşib. Belə ki, 12-13 yaş qrupunda -40 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 6 görüşdə qalib gəlsə də, mükafatçılar sırasına düşə bilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: