OANA-da Günnüt əməliyyatı haqda yazı verilib

212

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Naxçıvanda azad edilən ərazilərə mülki əhalinin qayıtması artıq müzakirə olunmayan danılmaz faktdır”,- açıqlamasından sonra  Asiya və Sakit okean ölkələrinin xəbər agentlikləri təşkilatı – OANA-da  eyni adlı başlıqla yazı təqdim olunub.  Yazıda qeyd olunub ki , Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri əks-həmlə ilə Günnüt kəndi və onun ətrafındakı 11 min ha ərazini ermənilərin  nəzarətindən azad ediblər. Ermənistan tərəfi isə öz məğlubiyyətini xalqdan gizlətməyə çalışır. Son günlər isə bunu pərdələmək üçün bir qrup jurnalisti cəbhə bölgəsinə aparıblar. Yazıda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin buna münasibəti də verilib. “Azərbaycan əsgərinin vurduğu tərs şillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır. Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan hansısa dağlıq ərazilərə “press-tur”lar təşkil etməkdən başqa bir çıxış yolu qalmır. Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır”, – deyə Müdafiə Nazirliyindən bildiriblər. İnformasiya agentliyi Günnüt ətrafındakı azad olunmuş yüksəkliklərlə bağlı məlumatlara da yer ayırıb. Saytda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 20 faiz torpaqlarımızın işğalı və Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağın zorla işğal olunmuş ərazilərindən çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri haqda da  informasiya verilib.

Səməd Canbaxşiyev

NUHÇIXAN

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: