Nümayişçilər Yerevan meriyasına aparan bütün yolları bağlayıblar

185

İyunun 25-də 100-ə yaxın nümayişçilər Yerevan meriyasına aparan bütün yolları bağlayıb və şəhər administrasiyasının əməkdaşlarını ora buraxmaqdan imtina ediblər.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, etirazçılar şəhərin meri Taron Marqaryanın istefasını tələb edirlər. Mitinq yerli xəbər portalları tərəfindən canlı yayımlanır. “Buraya heç kim girməməlidir. Bu, korrupsiyaya və sadə vətəndaşların hesabına çoxlu sərvət toplamış məmurlara qarşı vətəndaş itaətsizliyi aksiyasıdır”, – nümayişçilərdən biri belə deyib.

Vətəndaş fəallarının apardığı təhqiqata əsasən, paytaxtda bir neçə imarət, həmçinin yük daşımaları ilə məşğul olan bir neçə yüksək gəlirli kompaniya Taron Marqaryanın ailəsinə və yaxınlarına məxsusdur.

Qeyd edək ki, yaxın keçmişdə iqtidarda olan Respublika partiyası icraiyyə komitəsinin üzvü Taron Marqaryan 2017-ci ildə üçüncü dəfə Yerevan şəhərinin meri seçilib. O, partiyanın banilərindən biri, Ermənistanın sabiq baş naziri Andranik Marqaryanın oğludur.

Ermənistanın baş naziri Nikol Paşinyan bir qədər əvvəl bildirmişdi ki, “Yerevan meri istefaya Nazirlər Kabinetinin başçısı bunu tələb etdiyi zaman gedəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: