Növbəti seminar keçirilib

156

Naxçıvanda “Yenidoğulmuşların reanimasiyası” üzrə seminarların keçirilməsi davam etdirilir. NUHÇIXAN xəbər verir ki, həkimlər üçün nəzərdə tutulan  növbəti seminar Naxçıvan şəhərində  təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, muxtar respublikada yaşayan əhalinin 27,5 faizini 0-18 yaşa qədər uşaqlar təşkil edir. Onların icbari dispanserizasiyası, elektron sağlamlıq kartlarının verilməsi, ixtisas həkimləri tərəfindən dərindən müayinələrin aparılması və digər sağlamlıq tədbirləri daim diqqət mərkəzində saxlanılır.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti, tibb üzrə fəlsəfə doktoru Fəxrəddin Qarayev yeni doğulmuşlarda yaranan xəstəliklər və onların müalicə yolları haqqında danışıb. O,yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, təcili və təxirəsalınmaz halların profilaktikası, eyni zamanda erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların təcrübədə tətbiqi barədə ətraflı məlumat verib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: