Növbəti il Azərbaycanda yaşayış minimumu 180 manat məbləğində nəzərdə tutulur

139

Azərbaycanda ilkin hesablamalara görə cari ilin 9 ayı ərzində 175 manat həddi ilə təsdiq olunmuş yaşayış minimumu növbəti ildə 180 manat məbləğində nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında deyib.

T.Budaqov bildirib ki, yaşayış minimumunun bu həddə müəyyən edilməsi ölkədəki yoxsulluq səviyyəsinin 5,4 faizdən 5,1 faizə endirilməsinə öz təsirini göstərəcək.

Komitə sədri bildirib ki, növbəti ilə ünvanlı sosial yardımların müəyyən edilməsi ilə əlaqədar olaraq ehtiyac meyarının artırılması nəzərdə tutulub. Belə ki, növbəti ildə ehtiyac meyarının 143 manat müəyyən edilməsi təklif olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: