Norveçdə vikinqlərin yerə gömülmüş gəmisi aşkar edilib

196

Norveçdə bir qrup arxeoloq vikinqlərin məzarlığını və yarım metr dərinlikdə “basdırılmış”, uzunluğu 20 metrdən çox olan bir gəmi aşkar ediblər.

NUHÇIXAN Norveç KİV-lərinə istinadla xəbər verir ki, gəmi Norveç Mədəni İrs İnstitutunun əməkdaşları tərəfindən xüsusi yaradılmış qurğunun köməyi ilə ölkənin cənub-şərqində aşkar edilib.

Bu qurğunun sayəsində həmin yerdə hələ qazıntı işləri başlanmadan gəminin formasını və ölçülərini müəyyən etmək mümkün olub. Norveçli tədqiqatçılar aydınlaşdırıblar ki, gəminin aşağı hissəsi zədələnməyib. Alimlərin fikrincə, bu gəmi 1000 ildən çox bundan əvvəl torpaq altında qalıb. Beləliklə, vikinqlərin indiyə qədər tapılmış ən böyük gəmilərindən biri haqda söhbət gedir.

Məzarlıq kənd təsərrüfatı rayonunda tapılıb. Altında gəminin yerləşdiyi 9 metr hündürlüyündə kurqan bu ərazidə bir növ oriyentir rolu oynayır. Arxeoloqlar uzun müddət belə hesab edirdilər ki, yaxınlıqdakı ərazidə qazıntı işləri aparmağın mənası yoxdur, çünki yerli fermerlər XIX əsrin axırlarından başlayaraq, bu əraziləri şumlayarkən tarixi tapıntıları məhv ediblər. Lakin bu ilin baharında yerli məmurlar Norveç Mədəni İrs İnstitutunun alimlərindən torpağa nüfuz edən güclü radar qurğusundan istifadə etməklə bu tarlaların müayinə olunmasını xahiş ediblər və nəticədə belə bir tapıntı olub.

Qeyd edək ki, alimlər aşkar edilmiş gəminin qazılıb çıxarılmasını hələlik planlaşdırmırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: