“Nokia” şirkəti “LTE” texnologiyasını dəstəkləyən düyməli telefonunu təqdim edəcək

129

“Nokia” şirkəti 4G LTE mobil rabitə texnologiyasını dəstəkləyən düyməli telefon hazırlayır. Qurğunun texniki xüsusiyyətləri barədə “TENAA” məlumat bazasından məlumat əldə edilib.

NUHÇIXAN “life.ru” saytına istinadən xəbər verir ki, “Nokia TA 1114” kimi nömrələnmiş telefonun çəkisi 70,2 qram, 1,77 düym diaqonala malik displeyin təsvir ölçüsü 128×160  piksel, prosessorun takt tezliyi isə 0,26 QHs təşkil edəcək. Qurğuya quraşdırılmış akkumulyator batareyasının tutumu 800 milliamper/saat təşkil edəcək.

Telefonun əsas özəlliyi LTE rabitə texnologiyasını dəstəkləməsi olacaq. Sənədə əsasən, telefon 900 və 1800 MHs şəbəkə diapazonlarında işləyə biləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: