Nizami Gəncəvinin əsərlərinin bir neçə əlyazmasının surəti Azərbaycana gətirilib

109

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Azərbaycan və türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində Türkiyədə elmi ezamiyyətdədir.

İnstitutdan NUHÇIXAN-a bildirilib ki, Türkiyə Cümhuriyyətinin zəngin xəzinəyə malik kitabxanalarında araşdırma aparan alim, həmçinin Süleymaniyyə Kitabxanasının məşhur əlyazma fondu ilə tanışlıq imkanı qazanıb. Akademik kitabxananın müdiri Menderes Velioğlunun yardımı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin bir neçə əlyazmasının surətini əldə edə bilib.

Vaxtilə Ayasofiya Məbədi Kitabxanasında qorunan Nizami əlyazmalarından biri olan bu nadir nüsxə şairin irsinin daha dərindən tədqiqində nizamişünaslara yardımçı olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: