Niyaməddin Tağıyev “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilib - SƏRƏNCAM

8. 771

Prezident İlham Əliyev dekabrın 18-də Niyaməddin Tağıyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti  rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının  109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.General-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilsin.

2.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin digər bir sərəncamı ilə Asəf Vaqif oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsindən azad edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: