Nikolay Yankov: Naxçıvan Muxtar Respublikası ilə Bolqarıstan arasında əməkdaşlıq daha da genişləndiriləcək

140

Azərbaycan ilə Bolqarıstan arasında mədəni, iqtisadi, hərbi, diplomatik və digər sahələrdə münasibətlər uğurla inkişaf edir. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına səfərimdən məmnunam. İlk dəfədir, burada olmağıma baxmayaraq, sanki bu diyara dəfələrlə gəlmişəm.

NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bolqarıstanın ölkəmizdəki səfiri Nikolay Yankov deyib.

“Şəhərinizin təmizliyi, insanların qonaqpərvərliyi, gülərüzlüyü ilk baxışdan diqqətimi cəlb etdi. Burada sahibkarlarla yüksək səviyyəli görüşlər keçirdik və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat aldıq”, – deyən Nikolay Yankov qeyd edib ki, gələcəkdə Naxçıvan Muxtar Respublikası ilə Bolqarıstan arasında əməkdaşlıq bir çox sahələrdə daha da genişləndiriləcək.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş Avropa İttifaqı ölkələrinin diplomatik missiyalarının rəhbərləri və nümayəndələri sentyabrın 21-dən 23-dək Naxçıvanda keçirilən “Avropa günləri” çərçivəsində bu qədim diyarda səfərdə olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: