Nikol Paşinyan Naxçıvan istiqamətindəki məğlubiyyəti etiraf edib

258

NUHÇIXAN erməni KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi bu il Naxçıvan istiqamətində 11 min  hektar ərazinin erməni işğalından azad edilməsi ilə bağlı fikirlərinə münasibət bildirən Ermənistanın baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan məğlubiyyətlərini etiraf edib. Paşinyan jurnalistlərə deyib: “Son vaxtlar Ermənistanın keçmiş rəhbərliyi bununla bağlı mənim  ünvanıma  iradlar bildirirlər. Amma Naxçıvan istiqamətindəki döyüş mövqelərinin Azərbaycan tərəfdən irəli çəkilməsinin 95 faizi fevraldan may ayına qədər olub. Bu isə mənim baş nazir olduğum vaxtdan əvvəldir”. Beləliklə, Naxçıvan istiqamətində uğursuzluğuna bu cür don geyindirməklə işğalçı ölkənin dövlət rəsmisi özünə təsəlli verib və bu fiaskoda məsuliyyəti üzərindən atmağa çalışıb. Məntiqlə, Paşinyan Azərbaycan Ordusunun uğurlarının onun hakimiyyətdə olduğu dövrdə də davam etdiyini təsdiqləyib. Çünki Ermənistan hökumətinin “müvəqqəti rəhbəri” “95 faiz” ifadəsini işlətməklə 100 faizlik məğlubiyyətin  bir hissəsini də öz üzərinə götürüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: