“Nemətullah Naxçıvaninin fəlsəfi görüşləri” mövzusunda açıq dərs keçirilib

104

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Universitetinin tələbələrinin iştirakı ilə “Nemətullah Naxçıvaninin fəlsəfi görüşləri” mövzusunda açıq dərs təşkil  olunub. 

Açıq dərsdə AMEA Naxçıvan Bölməsinin  əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi  İbrahimov orta əsrlərdə yaşayan Nemətullah Naxçıvani haqqında geniş məlumat verib.

 Qeyd edilib ki, dərin biliyə və yüksək mənəvi keyfiyyətlərə malik olan Nemətullah Naxçıvaninin digər təfsirlərə müraciət etmədən yazdığı “Qurani-Kərim”in elmi-nəzəri şərhi olan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsəri islamşünaslığa böyük töhfədir. Nemətullah Naxçıvani məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi Azərbaycan və Türkiyənin  elm tarixində mühüm yer tutur. Onun Azərbaycan, ərəb və fars dillərində yazdığı əsərlər hazırda Türkiyədə kitabxana və muzeylərdə saxlanılır. Türkiyə Respublikasındakı Ağşəhərdə Nemətullah Naxçıvaninin adına dini orta məktəb fəaliyyət göstərir.

 Naxçıvanşünaslıq Mərkəzində tələbələrə elektron məlumat köşkü, dövlət  orqanları tərəfindən  nəşr olunan materialların , elmi müəssisələr tərəfindən nəşr olunan çap materiallarının fonları və elektron oxu zalı  haqda da  ətraflı məlumat verilib. 

                                                                           Kəmalə  Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: