Nehrəmdə məktəblilər üçün film nümayiş edilib

154

NUHÇIXAN xəbər verir ki, Babək Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Nehrəm kənd 1 nömrəli tam orta məktəbində “Vətən naminə” adlı sənədli film nümayiş etdirilib. Filmin nümayiş olunmasında məqsəd məktəblilər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olmaq, hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş milli filmlərimizi məktəblilər arasında təbliğ etmək, eyni zamanda onlarda vətənə qarşı sevgi aşılamaqdır. Etibar Məmmədovun rejissorluğu əsasında çəkilən filmdə Azərbaycan hərbçisi, Qarabağ döyüşlərinin iştirakçısı, 9 oktyabr 1994-cü ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən İbad Hüseynovun I Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: