Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
NUHÇIXAN xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,25 dollar azalaraq 75,19 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,67 dollar ucuzlaşaraq 66,21 dollar təşkil edib.