Dünya birjalarında neftin qiyməti bahalaşır.
NUHÇIXAN xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,52 dollar artaraq 83,25 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,29 dollar bahalaşaraq 73,54 dollar olub.