UEFA Avropa Liqasi: “Neftçi” doğma meydanda “Uypeşt” klubunu məğlub edib - YENİLƏNİB

204

NUHÇIXAN xəbər verir ki, “Dalğa Arena”da keçirilən “Neftçi”-“Uypeşt” matçının ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesabı qonaqlar açıblar. Matçın 9-cu dəqiqəsində Daniel Naqi komandasını hesabda irəli çıxarıb. Lakin qonaqların sevinci uzun sürməyib. Hesabı bərabərləşdirmək üçün irəli atılan “Neftçi” komandası görüşün 24-cü dəqiqəsində Baqali Dabonun qolu ilə oyunda tarazlığı bərpa edib – 1:1.

Sonrakı dəqiqələrdə də paytaxt təmsilçisi rəqib komandanın qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, futbolçularımız istəklərinə nail ola bilməyiblər.

Qarşılaşmanın 37-ci dəqiqəsində “Neftçi”nin heyətində Namiq Ələsgərov zədələnərək meydanı tərk edib. Onu Emin Mahmudov əvəzləyib.

XXX

Qarşılaşmanın ikinci hissəsində hücumlarını artıran paytaxt təmsilçiləri 72-ci dəqiqədə istəklərinə çatıblar. Baqali Dabo dublunu rəsmiləşdirib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə paytaxt təmsilçisi hesab arasındakı fərqi artırıb. Emin Mahmudov adını tabloya yazdırıb. Beləliklə, “Neftçi” klubu avrokuboklarda ilk oyununu qələbə ilə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: