“Neftçi” klubu qanalı futbolçu ilə ikiillik müqavilə imzalayıb

184

Transfer çalışmalarını davam etdirən “Neftçi” futbol klubu daha bir keçidi rəsmiləşdirib.

NUHÇIXAN kluba istinadla xəbər verir ki, qanalı futbolçu Kvame Karikari ilə iki il müddətinə müqavilə imzalanıb. İyirmi altı yaşlı hücumçu komandamızın 11 nömrəli formasını geyinəcək.

Sonuncu klubu “Əl Ərəbi” (Qətər) olan Kvame Karikari Qananın “İnternational Ellies”, İsveçin AİK, “Deqerfors”, “Halmstad”, Türkiyənin “Balıkesirspor”, Norveçin “Hauqesund”, Ukraynanın “Stal”, Qətərin “Əl Marhiya” və Qananın gənclərdən ibarət milli komandasında çıxış edib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl cinah müdafiəçisi Tural Axundov, mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçilər – Rəşad Eyubov, Qoran Paratski, hücumçular – Dario Frederiko və Baqali Dabonun keçidini rəsmiləşdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: