Nazirlər Kabinetinin 2018-ci il üçün iş planında nəzərdə tutulmuş məsələlərə dair geniş iclas keçirilib

287

İyunun 8-də Baş nazir Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair geniş iclas keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, iclasın gündəliyinə Azərbaycan Respublikasının “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişi”ndən irəli gələn öhdəliklər və bu öhdəliklərin yerinə yetirilməsi üzrə aidiyyəti dövlət qurumlarının qarşısında duran vəzifələr haqqında, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının yeni qanununun layihəsi barədə və idxalı əvəz edən rəqabətqabiliyyətli məhsul istehsalının təşviqi və dəstəklənməsi ilə bağlı verilmiş təkliflərə dair məsələlər daxil edilib.

Müzakirəyə çıxarılan məsələlər üzrə aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənildikdən sonra hər üç mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda gündəlikdə duran məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

İclasa yekun vuran Baş nazir Novruz Məmmədov qarşıda duran vəzifələrin icrası ilə bağlı Nazirlər Kabinetinin müvafiq qurumlarına tapşırıqlar verdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: