Nazir: “Pakistan Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır”

121

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin əyalətlərarası koordinasiya üzrə federal naziri Fəhmida Mirzə ilə görüşüb.

Azərbaycanın Pakistandakı Səfirliyindən NUHÇIXAN-a verilən məlumata görə, F.Mirzə Pakistanın Azərbaycanla olan xüsusi münasibətlərini qeyd edərək dostluq və qardaşlıq əlaqələrinin daha da inkişafının önəmini vurğulayıb, təmsil etdiyi nazirliyin xüsusən gənclər və idman sahəsində əlaqələrə məsul olduğunu və bu sahədə Azərbaycanla əməkdaşlığın artırılmasına daha maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi möhtəşəm beynəlxalq idman yarışlarına ev sahibliyi etməsinin təqdirəlayiq olduğunu bildirən federal nazir Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlərdən, mütəxəssislərin, qabaqcıl idman növləri üzrə ustaların təcrübəsindən, gənclər üçün təqdim olunan təqaüd proqramlarından Pakistanın da yararlana biləcəyini vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin törətdiyi fəsadlar, Ermənistanın təcavüzkar siyasətinin, Azərbaycanın 20 faiz torpaqlarının işğalının davam etməsinin təəssüf doğurduğu ifadə edilib, Azərbaycan və Pakistanın beynəlxalq və regional təşkilatlar çərçivəsində hər zaman bir-birinə göstərdiyi dəstək, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında iki ölkə rəhbərlərinin xüsusi səyləri vurğulanıb, hər iki ölkə arasında mövcud olan səmərəli əməkdaşlığın və yüksək əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, gənclər, idman və təhsil sahəsində müqavilə hüquq bazasının təkmilləşdirilməsi və həyata keçirilən layihələrin artırılmasının önəmi qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: