Qazaxıstan prezidenti Nursultan Nazarbayev şənbə günü ermənistanlı həmkarı Armen Sarkisyan ilə telefon söhbəti edib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı tərəflər Ermənistanda hazırkı daxili siyasi vəziyyəti müzakirə ediblər.
“Nazarbayev əmin olduğunu bildirib ki, erməni xalqı yaranmış vəziyyətdən hüquqi çərçivədə konstruktiv dialoq vasitəsi ilə düzgün çıxış yolu tapacaq”, – deyə məlumatda bildirilir.