Naxçıvanlı tələbələr Qarsda təcrübə keçiblər - FOTOLAR

231

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Baytarlıq” ixtisası üzrə təhsil alan tələbələri Türkiyənin Qars Qafqaz Universitetində bir həftəlik təcrübə kursu keçiblər. NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyevanın NUHÇIXAN-a verdiyi məlumata görə, kursda Naxçıvandan 2 müəllim və 7 tələbə iştirak edib.

Gələcəyin baytarları öncə klinik müayinə və laboratoriya dərslərində iştirak ediblər. Burda türkiyəli mütəxəssislər onlara  xəstə heyvanların qəbulu, qeydiyyatı, müayinə üsulları, qan və digər analizlərin götürülməsi qaydaları haqqında məlumat veriblər. Sonra isə cərrahiyə təcrübəsində  istifadə olunan müxtəlif  növ tikiş üsulları haqda danışıblar.  Tələbələr cərrahların iştirakı ilə it və pişiklərin üzərində müxtəlif əməliyyatlarda iştirak ediblər.

Yoluxmayan daxili xəstəliklər kafedrasında tələbələrə laboratoriya avadanlıqları və heyvanları ilə tanışlıq, vakuum şprislər vasitəsi ilə heyvanlardan qan alınması, heyvanlara müxtəlif  üsullarla dərman maddələrinin yeridilməsi  texnikası və s. öyrədilib.

Təcrübi proseslərdə yaxından iştirak edən tələbələr ixtisas fənlərinə dair kitablar da gətiriblər.  Epizootologiya və ekspertiza fənlərinə dair ədəbiyyat və Qafqaz Universiteti Baytarlıq fakültəsi jurnalının 2017-2018-ci il buraxılışlarının Naxçıvan Dövlət Universitetinə gətirilməsi qazanılan təcrübənin elmi  cəhətdən tətbiqinə də şərait yaradacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: