Naxçıvanlı şairin Bakıda imza günü keçirilib

85

Tanınmış Naxçıvanlı şair Elxan Yurdoğlunun (Məmmədov) Bakı şəhərində “Ulduzlar çoxluğu qədər təklik” şeirlər kitabının imza günü keçirilib.

NUHÇIXAN xəbər verir ki, “Kitabevim.az” mağazalar şəbəkəsinin “28 May” filialında baş tutan imza günündə  şair Fərqanə Mehdiyeva yazarın yaradıcılığından geniş danışıb. Bildirib ki, Elxan Yurdoğlunun özündən əvvəl yaradıcılığı ilə tanış olub. Onu istedadlı söz adamı olmaqla yanaşı, yaxşı pedaqoq, savadlı alim “Ulduz çoxluğu qədər təklik” kitabının E.Yurdoğlunun yaradıcılığında yeni səhifə adlandırıb.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd edib ki: “Elxan Yurdoğlu hay-küysüz, addım-addım məqsədinə doğru gedən, zəhmətkeş yazarlarımızdandır. Həm ədəbiyyatda, həm elmi fəaliyyətində uğurlar qazanır, eyni zamanda, publisistikada imzasını tanıtdırır”.

Baş redaktor əlavə edib ki, E.Yurdoğlu şair kimi Naxçıvan ədəbi mühitinə təsir göstərə biləcək gücdədir.

Kitabın redaktoru, şair Hüseyn Bağıroğlu kitabın ərsəyə gəlməsindən, nəşrə hazırlanma prosesindən, müəllifin özünəməxsus üslubundan, klassik poeziya ənənələrinə yenilikçi baxışından danışıb.

Yazıçı-publisist Aysel Əlizadə müəllifə uğurlar arzulayıb, onun yaradıcılığını diqqətlə izlədiyini dilə gətirib. Digər çıxış edənlər də

Elxan Yurdoğlunun yaradıcılığını yüksək qiymətləndirib, ciddi elmi və ədəbi fəaliyyətinin gələcəkdə daha da inkişaf edəcəyinə inandıqlarını bildiriblər, onu klassik irsə sadiq qalan yenilikçi şair adlandırıblar.

Tədbirdə ədəbiyyat adamları, media nümayəndələri, çoxsaylı oxucular iştirak ediblər.

Elxan Yurdoğlu deyib ki, sözügedən kitab 2014-2017-ci illərdə yazılan müxtəlif mövzulu şeirlərdən ibarətdir.

Elxan Yurdoğlunun sayca beşinci kitabı olan “Ulduzlar çoxluğu qədər təklik”yin fevralın 24-də Naxçıvanda da  təqdimatı  keçirilib. Bakıda keçirilən imza günü müəllifin bakılı oxucularla ilk görüşüdür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: