Naxçıvanlı şahmatçılar Türkiyədə uğur qazanıblar

238

17-23 iyun 2018-ci il tarixlərdə Ordu Büyükşehir Bələdiyyə İdman Klubunun təşkilatçılığı ilə “Naxçıvan-Ordu Dostluq Körpüsü” başlığı ilə Türkiyə Respublikasının Ordu şəhərində Şahmat üzrə Beynəlxalq dostluq turniri keçirilib.

NUHÇIXAN xəbər verir ki, ümumilikdə, 56 şahmatçının mübarizə apardığı turnirdə Naxçıvan Muxtar Respublikasından 20 şahmatçı və 3 məşqçi-müəllim iştirak edib. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının idmançıları turnirdə yüksək nəticə göstəriblər. Belə ki, cəmi 9 turdan ibarət olan turnirin yekun nəticələrinə görə, Sadiq Qarayev I, Əli Əliyev II yerə layiq görülüb. Şahmatçımız Əsgər Əsgərov isə turnirin ən balaca şahmatçısı kimi medalla təltif edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: