Naxçıvanlı jurnalistlərin yazıları Türkiyə mediasında

158

NUHÇIXAN xəbər verir ki, Türkiyənin İğdır vilayətində nəşr olunan “Güven”  və “İğdır” qəzetlərində  “Araz-Türk Cumhuriyyəti” adlı məqalə verilib. Naxçıvan Televiziyasının Baş redaktorları olan Vaqif Ağalarov və Səməd Canbaxşiyevin həmmüəllifi olduğu yazıda Naxçıvanın dövlətçilik tarixində önəmli yer tutan Araz-Türk Respublikasından bəhs edilir. Yazıda 1918-ci ilin noyabrında yaradılan və sərhədləri indiki Naxçıvan Muxtar Respublikasını, Qərbi Azərbaycanın İrəvan və Türkiyənin indiki İğdır vilayətinin bir hissəsini əhatə edən, paytaxtı Naxçıvan şəhəri olan  Araz-Türk Respublikasının yaranma zərurəti, coğrafi əraziləri, idarəçilik sistemi və xarici əlaqələri barədə türkiyəli oxuculara  ətraflı məlumat verilir. O da vurğulanır ki, Araz-Türk Respublikası əhatə etdiyi coğrafiyada  imperialist qüvvələr tərəfindən dəstəklənən və burada qondarma “erməni dövləti” yaratmaq istəyənlərə qarşı kəskin mübarizə aparıb və qədim oğuz-türk yurdu olan bu ərazilərin qorunmasında misilsiz xidmətlər göstərib. 1919-cu ildə Osmanlı və Rusiya arasında Şərqlə bağlı imzalanan  müqaviləyə görə,  Araz-Türk Respublikası həmin ilin mart ayında süqut etdi. Amma o,  tarixə 20-ci əsrin əvvəlində, regionda çox gərgin siyasi mübarizələrin və maraqların toqquşduğu bir zamanda Naxçıvan ərazisində yaradılan müstəqil respublika kimi adını yazdırdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: