Dövlət Gömrük Komitəsinin futzal komandasından növbəti qələbə - FOTOLAR

84

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 26-cı ildönümü münasibətilə ölkəmizin gömrük orqanları arasında təşkil olunan futzal çempionatına yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, aprel ayının 12-də start götürən ənənəvi yarışda ümumilikdə 12 komanda mübarizə aparıb. Oyunlar Azərbaycan Texniki Universitetinin Bakı şəhərindəki idman sarayında keçirilib. Mübarizəyə ikinci mərhələdən qoşulan  Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası ““Azərterminalkompleks” Birliyi”, “Tovuz Gömrük İdarəsi” və “Sumqayıt Baş Gömrük İdarəsi”  komandaları ilə birgə “B” qrupunda mübarizə aparıb. Müvafiq olaraq 9:3, 11:0 və 7:1 hesablı qələbələrlə qrupdan birinci çıxan komandamız yarımfinal görüşündə “Astara” Gömrük İdarəsi”ni məğlub edib:10:1.

May ayının 10-da baş tutan final qarşılaşmasında “Naxçıvan” komandasının rəqibi “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi” olub. Hər iki komandanın əzmkarlıq nümayiş etdirdiyi oyun gərgin və maraqlı mübarizə şəraitində keçib. Görüşün əvvəlində qapısından iki top buraxan komandamız fasiləyə qədər tarazlığı bərpa edib. Futzalçılarımızdan İlqar İsmayılov və Orxan Məmmədov rəqib qapısına yol tapmağa  müvəffəq olublar. İkinci hissənin əvvəlində də hesabda geri düşən komandamız sona 2 dəqiqə qalmış Kamil Hacıyevlə qələbə topunu vurub. 3:4.

Final oyunundan əvvəl keçirilmiş üçüncülük uğrunda qarşılaşmada isə Sumqayıt Baş Gömrük İdarəsinin komandası Astara Gömrük İdarəsinin futzalçılarından üstün olub.

Sonra ilk üç yeri tutankomandaların və  fərqlənənlərin mükafatlandırılması mərasimi olub. Komandamızın üzvlərindən Rahil Tahirli çempionatın “Ən yaxşı qapıçı”sı, final qarşılaşmasında dubl edən Orxan Məmmədov “Ən məhsuldar oyunçu”seçilib.Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası komandamızın üzvlərindən Ramazan Ağayevi “Ədalət prinsiplərinə sadiq idmançı” nominasiyası üzrə mükafatla təltif edib.Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov  komissiyanın fəxri kobokuna layiq görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: