Naxçıvanlı gənc alimin ixtirası diplom və mükafata layiq görüldü

504

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Sorbsiya prosesləri” laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Tomsonit tipli seolitin alınma üsulu” ixtirası Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən keçirilən ixtiraçılıq sahəsində beşinci respublika müsabiqəsinin diplom və mükafatına layiq görülüb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, yerli xammal əsasında müxtəlif quruluş tipli seolitlərin və yüksək temperatura davamlı istilik izolyasiya materiallarının sintezi və tədqiqi gənc alimin əsas elmi nailiyyətlərindəndir. Günel Məmmədovanın ixtirasında yerli xammal əsasında gil mineralı–qalluazit və Nehrəm yatağı dolomitdən tomsonit tipli seolitin alınması, prosesin mülayim şəraitdə aparılmasından bəhs olunub. Alimə görə yerli xammaldan istifadə xaricdən olan asılılığı azaldar və ölkənin bu sahədə sənayesinin inkişafına stimul yaradar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: