Naxçıvanlı cüdoçuların beynəlxalq turnirdə növbəti uğuru

189

Avqust ayının 11-12 də  Türkiyənin Samsun şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə  turnirdə  4 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan) 10 komanda  iştirak edib. Naxçıvan Muxtar Respublikasının  cüdo üzrə yığma komandasının 5 üzvü də turnirə qatılıb. Yarış Naxçıvan cüdoçuları üçün uğurlu olub. Yekun nəticəyə əsasən idmançılarımız  Qalib Qaybalıyev 43 kq çəki dərəcəsində I yerə çıxıb. Digər yeniyetmə cüdoçularımızdan   Rəhim Qaybalıyev  22 kq çəki dərəcəsində II , Abbas Məmmədov  50 kq çəki dərəcəsində II , Cavid İsayev  50 kq çəki dərəcəsində III yerə layiq görülüblər. Qaliblərə təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: