Naxçıvanlı boksçular ölkə birinciliyində 3 medal qazanıb

135

NUHÇIXAN xəbər verir ki, kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb. Ölkə­nin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 28 komandanın 138 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks mərkəzində təşkil olunan çempionatda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının idmançıları da mübarizə aparıblar. Ən uğurlu nəticəni 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev əldə edib. Belə ki, dəri əlcək sahibimiz final görüşündə “DİN” İdman Cəmiyyətinin boksçusu Ümid Rüstəmovu məğlub edərək ölkə birinciliyinin qalibi olub.

60 kiloqram çəki dərəcəsində isə Sərxan Əliyev finala kimi itkisiz irəliləyib. O, yalnız həlledici görüşdə “Qəbələ” İdman Klubunun boksçusu Elvin Çələbiyevə məğlub olaraq ölkə birinciliyini ikinci pillədə başa vurub. Digər dəri əlcək sahibimiz Eldar Quliyev isə bürünc medal qazanıb.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: