Naxçıvanlı alimlərin kitabı qızıl medala layiq görülüb

288

38-ci Beynəlxalq Paris Luvr kitab sərgisində Fransa, Rusiya, Almaniya və digər Avropa ölkələrinin alim, yazar və müəlliflərinin elmi və pedaqoji fəaliyyətinin intensivliyini artırmaq, kitab, monoqrafiya, dərslik, metodik vəsait və elektron nəşrlərin elmi paylaşımını gücləndirmək məqsədilə  30 min kitabın sərgisi təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, sərginin işində 230000 min izləyici, o cümlədən müxtəlif ölkələrdən 3000 müəllif və 32000 min mütəxəssis iştirak dib. Təbii Ehtiyatlar İnstitutunun əməkdaşlıq etdiyi Rusiya Təbiətşünaslıq Akademiyası aktuallığını, elmi və pedaqoji əhəmiyyətini nəzərə alaraq AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitunun əməkdaşları Abbasov Ə., Məmmədova F., Heydərova F. “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” kitabını da sərgiyə göndərib. Sevindirici haldır ki, naxçıvanlı alimlərin kitabı Beynəlxalq Paris Luvr kitab sərgisinin qızıl medalı ilə mükafatlandırılıb.

Bundan əlavə həmin kitab Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Təhsil 2018 sərgisinin diplomunu almış, kitabın rus və ingilis dillərində xülasəsi sərginin kataloqunda dərc olunub. V Beynəlxalq Təhsil Sərgisinin işində RF Baş Nazirinin müavini Olqa Yurevna Qolodeç, Rusiya, Şimali Koreya Xalq Respublikası, Burundi, Monqolustan, Türkiyə, İran və Polşanın təhsil nazirləri, YUNESKO-ya üzv ölkələrin nümayəndələri, 1000-dən çox elm və təhsil müəssisəsi iştirak edib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: