Naxçıvanlı alimlər beynəlxalq qrant müsabiqənin qalibi olublar

404

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bölmənin İnformasiya şöbəsindən NUHÇIXAN-a xəbər verilib ki, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvan ərazisində aparılan arxeoloji ekspedisiyalarla bağlı məlumat verib. Arxeoloq alim qeyd edib ki, hazırda Duzdağ və Naxçıvantəpədə tədqiqat işlərini davam etdirir.

Bioresurslar İnstitutunda çöl-tədqiqat işləri ilə bağlı aparılan tədqiqatlar barədə institutun direktoru, akademik Tariyel Talıbov çıxış edib. Alim muxtar respublika ərazisində bitki və heyvanlar aləminə aid materialların toplanması, faydalı bitkilərin əhatəli öyrənilməsi istiqamətində ekspedisiyaların həyata keçirildiyini vurğulayıb.

Qeyd olunub ki, bölmənin Batabat Astrofizika Rəsədxanası yeni beynəlxalq  qrant müsabiqəsinin qalibi olub. Müsabiqəni Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu və Rusiya Fundamental Tədqiqatlar Fondu birlikdə keçirib. “Günəş və heliogeofiziki aktivliyin variasiyalarının fizikası, uzunmüddətli proqnozlaşdırılması və biosistemlərə təsiri” mövzusunda olan qrant layihənin üzərində  Naxçıvanlı alimlər, Şamaxı Astrofizika Rəsədxanası və Rusiyadan olan həmkarları ilə birlikdə işləyəcəklər.  Layihənin 2 il müddətində yerinə yetirilməsi nəzərdə tutulub.

Tədbirdə həmçinin Naxçıvan şəhəri ərazisindəki  “Şorsu” müalicəvi palçığının hazırlığı, kimyəvi tərkibi, müalicəvi əhəmiyyəti və istifadə qaydası ilə bağlı da məlumat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: