Naxçıvanlı abituriyent qəbul imtahanında yüksək nəticə göstərib

731

NUHÇIXAN xəbər verir ki, iyulun 26-da II və III ixtisas qrupları üzrə keçirilən  2-ci mərhələ  qəbul imtahanının nəticələri artıq məlum olub. Ölkə üzrə qəbul imtahanında yüksək nəticə göstərənlərin siyahısında muxtar respublikadan olan  abituriyentlər də var.

Muxtar respublika üzrə ən yüksək nəticəni Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdi Əbdülhüseyn Əliyev göstərib. O, 690 bal toplayıb.           

İyulun 26-da II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında 1615 abituriyent qeydiyyatdan keçib. Abituriyentlərdən  200-ü  500-700 intervalında bal toplayıb.

Cavid Səfərli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: