“Yevronyus” Naxçıvandan reportaj yayımlayıb - VİDEO

72

Dünyaca məşhur “Yevronyus” telekanalı Naxçıvanın tarixi-mədəni irsini və turizm imkanlarını əks etdirən tanıtım videosüjetlərinin yayımına başlayıb.

İlk reportaj XII əsrin yadigarı, dünya mədəniyyətinin incisi olan Mömünə Xatın türbəsindən təqdim edilib. Reportaj “Mömünə Xatun türbəsi-memarlıq xəzinəsi” adlanır.

“Yevronyus”  əməkdaşları  Qalina Polonskaya və Pol Tunin ötən ay Naxçıvana səfər edərək bu qədim diyarda çəkilişlər aparıblar. 12 xarici dildə yayım aparan və dünyada milyonlarla izləyicisi olan “Yevronyus” ilk reportajını Mömünə Xatın türbəsinə həsr edib. Dron videokamera vasitəsilə çəkilişləri aparılan abidə barədə məlumatı AMEA-nın müxbir üzvü, tarixçi alim Fəxrəddin Səfərli verir.

Reportajda memar Əcəmi Naxçıvaninin şah əsəri olan Mömünə Xatın dünyanın nadir mədəniyyət incisi və anaya, qadına verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirilir. Naxçıvanın rəmzi sayılan abidəni hər il minlərlə turistin ziyarət etdiyi qeyd olunur. Bildirilir ki, Əcəmi bu sənət əsərində onlarla müxtəlif milli naxış elementlərindən istifadə edərək cansız daşlara ruh vermişdir.

Qeyd edək ki, Mömünə Xatınla bağlı reportaj bu həftə ərzində gündə 3 dəfə “Yevronyus”un tamaşaçılarına təqdim olunacaq.

NUHÇIXAN əməkdaşlarımızın bununla bağlı hazırladığı videomaterialı təqdim edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: