Naxçıvanın rəngli fotoları- 1969-cu il

78

History.echo.az saytı öz səhifəsində müəllifi Viktor Sokirko olan Naxçıvanın 1969-cu ilə aid maraqlı şəkillər yerləşdirib.

1970-80-ci illərdə mühəndis, iqtisadçı və hüquq müdafiəçisi olan Viktor Vladimiroviç Sokirko (1939-2018) Bakıya və Azərbaycanın bir çox şəhərlərinə səfər edib. V. Sokirko həyat yoldaşı L.N. Tkaçenko ilə birlikdə 1960-cı illərdən bütün Sovet İttifaqını gəzərək slayd-filmlər hazırlayıb.  Onların bir neçə slayd-filmləri Azərbaycana da həsr olunub. Çəkilən  rəngli fotolar  o zamanın texnologiyası  üçün nadir sayılsa da,  bu gün yaxın keçmişə sanki rəngli səyahət effekti yaradır. Müəlliflər Azərbaycanın şəhərləri içərisində Naxçıvana da xüsusi yer ayırıblar.

V. Sokirkonun 1969-cu ildə çəkdiyi şəkilləri bu günlə müqayisə etdikdə son 50 ildə Naxçıvanın hansı sürətlə inkişafını və  iqtisadi yeniliyini, o cümlədən abidələrimizə göstərilən qayğını  görmək olur.

NUHÇIXAN  V. Sokirkonun Naxçıvanla bağlı çəkdiyi fotoları təqdim edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: