Naxçıvanın qədim abidələri XIX əsrin əvvələrində İsveçrəli yazıçı, səyyah və alimin gözü ilə

210

Rusiya İmperiyasının Şimali Azərbaycandakı sonunçu türk-islam dövlətləri-İrəvan və Naxçıvan xanlıqlarının işğal edilməsindən sonra bu ərazilərin qərb tərəfindən tədqiqinə maraq artıb. Müxtəlif elm adamları və səyyahlar regionu öyrənməyə başlayıblar. Onlardan biri isveçrəli Frederik Debua de Monperedir. 1833-34-cü illərdə Qafqazda olan alim, naturalist, yazıçı, arxeoloq, tarixçi olan Debua de Monpere bu tədqiqatı ilə bağlı “Qafqaz ətrafında səyahət” adlı 6 cildlik və ona əlavə olaraq atlas və ilüstrasiyaları sonrakı illərdə nəşr etdirir. 1834-cü ilin mart ayında Naxçıvanda olan zaman isveçrəli alim Nuh peyğəmbərin qəbirüstü abidəsinin qalıqları və Möminə Xatın türbəsinin rəsmlərini çəkib. Bu rəsmlər onun nəşr etdirdiyi kitabında da yer alıb. Kitabında bu haqda Monpere yazıb: “Nuh peyğəmbərin məzarüstü türbəsi, tikilinin üslubu və istifadə olunan materiallar Naxçıvandakı digər abidələrdəki kimidir. Bu da sübut edir ki, abidə müxtəlif əmirlərin (burada müəllif Naxçıvanı və bölgəni uzun əsrlər boyu idarə edən türk-islam hökmdarlarını nəzərdə tutur) idarəçiliyi zamanı vaxtaşırı olaraq yeniləndirilib”. NUHÇIXAN həmin fotoları təqdim edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: