Naxçıvanın nümayəndələri Azərbaycan-Rusiya formunda iştirak ediblər

148

Bakıda Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti də iştirak edib. Forumda sənaye və energetika, turizm, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, nəqliyyat və tranzit, qadın sahibkarlığı və humanitar sahələr olmaqla, 7 istiqamət üzrə keçirilən dəyirmi masa və plenar iclaslarda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, nazirliyin sektor müdiri, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Prestij-Naxçıvan Pivəsi”, “Ordubad Qənnadı Məmulatları”, “Gəmiqaya Mineral Sular”, “Böyrək Suyu” Məhdud Məsuliyyətli cəmiyyətlərinin və “Xalaoğlu” müəssisəsinin nümayəndələri iştirak ediblər. Dəyirmi masada muxtar respublikanın istehsal imkanları və ixrac potensialının təbliği məqsədilə Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı və ixrac potensialına dair geniş məlumatlar verilib, həmçinin “Caspian Energy” jurnalının Naxçıvana həsr olunmuş 2017-ci il buraxılışı və muxtar respublikada sənaye sektorunda fəaliyyət göstərən bir sıra istehsal müəssisələrinin kataloqları forum iştirakçılarına təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: