“Naxçıvanın iqtisadiyyatında dinamika müşahidə olunur”- Aurelia Buşez

131

Naxcivantv.az xəbər verir ki, “Caspian Energy” jurnalının Naxçıvan Muxtar Respublikasına həsr olunmuş nömrəsinin təqdimat mərasimində iştirak edən Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez Naxçıvanın iqtisadi inkişafı ilə bağlı fikirlər səsləndirib. O, 2017-ci il oktyabrın 18-19-da Naxçıvanda olduğunu qeyd edib.

“Mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ilə görüşdüm. Bu səfər bütün sahələrdə ikitərəfli əlaqələri müzakirə etmək üçün əla imkan oldu. Mən Naxçıvanda olanda buradakı yerli istehsal müəssisələri ilə tanış oldum. Naxçıvanın iqtisadiyyatında sürətli inkişaf dinamikası müşahidə olunur. Naxçıvan Biznes Mərkəzinin fəaliyyəti iqtisadi inkişaf dinamikasının ən yaxşı sübutudur” deyən fransalı səfir öz təəssüratlarını iştirakçılarla bölüşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: