Naxçıvanın dağ kəndlərinə qar yağıb - Foto

63

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında dağlıq və dağətəyi ərazilərdə qar yağacağını xəbər vermişdik.

Dünən axşam və bu gün səhər saatlarında muxtar respublikanın dağ kəndlərinə qar yağıb. Qar yeni çiçəkləyən ağacların üzərinə yağsa da havada şaxtaların olmaması o qədər də təhlükə yaratmır. Bu gün Naxçıvan Muxtar Respublikasında havanın temperaturunun gecə 4-9° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: