Naxçıvanın bu il işğaldan azad olunmuş əraziləri-erməni kəşfiyyatçısı etiraf edir

1. 153

NUHÇIXAN xəbər verir ki, Ermənistan xüsusi təyinatlı kəşfiyyat-diversiya dəstəsinin banisi Vova Vartanov “İravunk” qəzetinə müsahibəsində Azərbaycan Ordusunun Naxçıvan istiqamətində geniş ərazi üzrə irəlilədiyini açıqlayıb.

Qeyd edək ki, bu ilin may ayında Şərur rayonunun Günnüt kəndi, ümumilikdə isə 11 min hektar ərazi erməni işğalından azad olunub. Ermənistan tərəfi ilk günlər bu faktı inkar etsə də sonradan təsdiq etmək məcburiyətində qalıb. Faktı təsdiq edənlərdən biri də erməni kəşfiyyatçısı Vova Vartanovdur.  Həmin müsahibəni təqdim edirik:

Naxçıvan cəbhəsində baş verənlər cəmiyyət üçün anlaşılmaz olaraq qaldı. İnsanları Naxçıvan cəbhəsinə apardılar, göstərdilər ki, hər şey yaxşıdır. Amma ekspertlər Azərbaycanın irəlilədiyi haqqında danışırlar.

-Naxçıvan cəbhəsinə nümayəndə heyəti aparanda məni dəvət etmədilər. Çünki bilirdilər mən reallığı danışacam. Bəli, vəziyyət həyəcanlıdır, 100 faiz narahatlıq var. Azərbaycan mövqelərini irəli çəkdi, lakin bununla həm də İrəvan-Mehri yolunu nəzarətə götürdülər. Hansı ki, bu yolu havaya pilotsuz təyyarələr qaldırmadan artilleriya ilə vura bilərlər. Yəni Azərbaycan Ordusu erməni qoşunlarının hərəkət etdiyi, silah-sursat daşındığı yolu nəzarətə götürüb. Bütün bunlar narahatlıq yaratmırmı?

– Azərbaycan Ordusu Naxçıvan cəbhəsində təxminən nə qədər ərazini nəzarət altına götürüb?

– Areni kəndini… Lakin mən bunu açıqlayıb narahatlıq yaratmaq istəmirəm. Əgər vəziyyət sakitdirsə, hələ ki problem yoxdur. İndi ara-sıra atəş səsləri eşidilir. Lakin gələcəkdə irihəcmli əməliyyat başlayacaqsa, bu, ciddi problemlər yaradacaq. Çünki Azərbaycan Ordusu Zəngəzura gedən yolları nəzarətə götürüb.

-“Aprel müharibəsi”ndə Azərbaycanın 800 hektar ərazini (əslində 2 min hektar ərazi – red.) azad etdiyi deyilir. Bu fakt sonradan açıqlandı. Mümkündür ki, bir müddət sonra Azərbaycanın Naxçıvan istiqamətində yüzlərlə hektar ərazini azad etdiyi açıqlanacaq?

-Orada nəsə qeyri-müəyyənlik var, biz tam dəqiq bilmirik. Lakin onu dəqiq bilirəm ki, rəqibin mövqelərini məhv etməliyik, əks təqdirdə Naxçıvan istiqamətində erməni ordusunun bütün hərəkəti onun nəzarəti altında qalacaq.

– Naxçıvan cəbhəsində məğlubiyyətimizin səhvi kimdədir?

– Birmənalı olaraq, Müdafiə Nazirliyində. Müdafiə Nazirliyi Azərbaycanın istehkam-mühəndis işlərinə barmaqarası yanaşdı. Nəticəsi də ortadadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: